Azərbaycanda mobil cihazların qeydiyyatına görə dövlət rüsumları azaldıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 İsrail Livanla Suriyanın yolunu bağladı  |     22:26 Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB  |     22:18 Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib  |     22:10 Praqada sinif yoldaşlarını güllələməklə hədələyən məktəbli saxlanılıb  |     22:00 İmişlidə qanvermə aksiyası keçirilib  |     21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:35 Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb  |     21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |     20:23 Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir  |     20:17 Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?  |     20:10 Alimlər istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili açıqladı  |     20:02 Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı  |    

Azərbaycanda mobil cihazların qeydiyyatına görə dövlət rüsumları azaldıldı

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişiklikləri təsdiq edib.

“Report” xəbər verir ki, yenilənmiş qanuna əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb.

Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 100 manatdan 70 manata, bazar qiyməti 1001 ABŞ dollarından çox olan mobil cihazlar üçün rüsum 150 manatdan 100 manata endirilib.

Yeni rüsumlar 30 gündən sonra qüvvəyə minəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 116 14.11.23 15:28