Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:30 Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb  |     22:22 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb  |     22:16 Marketdən 8 ədəd yağ oğurladı, bir ay həbs aldı  |     21:32 Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb  |     21:21 Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)  |     21:01 Təyyarənin qara qutusu tapıldı  |     20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |    

Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.

Bu barədə qərar “Resmi gazete”də yayımlanıb.

“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Müdafiə Sənayesi sahəsində Əməkdaşlıq” sazişi 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.

Türkiyə Prezidenti 5 aprel 2021-ci il tarixli sərəncamı ilə ölkələrimiz arasında imzalanmış sazişi təsdiq edib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrın 31-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Müdafiə naziri Zakir Həsənov və həmin dövrdə Türkiyə Milli Müdafiə naziri olmuş Nurettin Canikli imzalayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 305 06.04.21 12:16