Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |     22:42 "Rosaviasiya" AZAL təyyarəsinin qəza səbəbini açıqladı  |     22:30 Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb  |     22:22 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb  |     22:16 Marketdən 8 ədəd yağ oğurladı, bir ay həbs aldı  |     21:32 Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb  |     21:21 Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)  |     21:01 Təyyarənin qara qutusu tapıldı  |     20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |    

Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı

“COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, bu il Ukrayna ilə Azərbaycan arasında etimada, qarşılıqlı hörmətə söykənən strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səylər göstəriləcək”.

Bunu “Report”a Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

“İki dövlət arasında mehriban əməkdaşlıq əlaqələri yaranıb. Biz ikitərəfli gündəm üzərində daha çox çalışmalıyıq. Bu gün başlıca məsələ Ukrayna ilə Azərbaycan arasında fəal siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət, mədəni-humanitar və regional əməkdaşlığın daha da dərinləşdirilməsidir”, - deyə açıqlamada qeyd olunur.

Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsinə əvvəla, Ukrayna və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri, parlament səviyyəsindəki təmaslar, habelə dövlət və işgüzar səviyyədə ekspertlərin yaxından əməkdaşlığı rəvac verə bilər.

Açıqlamaya əsasən, Ukrayna ilə Azərbaycan arasında enerji, hava nəqliyyatı, fəza, hərbi-texniki əməkdaşlığın təmin olunması, cari layihələrin gerçəkləşdirilməsi və yenilərinə başlanması 2021-ci ildəki ikitərəfli münasibətlərin öncül istiqamətləridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            621 23.03.21 11:59