İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə rəsmi səfərə gedib.
“Mehr” agentliyi xəbər verir ki, onun İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.
Görüşdə İran-Türkiyə ikitərəfli münasibətləri müzakirə olunub, tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar.