Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.
E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupu faktı təsdiqləyib.