Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
“Report” xəbər verir ki, layihəni parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.
Komitə sədri bildirib ki, bu qanun layihəsi həddindən artıq vacib və strateji əhəmiyyət kəsb edir:
“Belə bir səfirliyin açılması Azərbaycanın maraqlarına tam uyğundur”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.