Bacısının zəngi Rüfəti ağlatdı - Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bacısının zəngi Rüfəti ağlatdı - Fotolar

Bir neçə aydır efirlərdən uzaq qalan müğənni Rüfət Axundov bu gün "Hər şey daxil" proqramının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi verilişə uzun illərdir dostluq etdiyi Aynur Dadaşova ilə birlikdə qatılıb.

Rüfət toy məclislərində başına gələn hadisələrdən söz açıb. O bildirib ki, dəfələrlə ona yüksək qonorarla toy təklif ediblər, amma geri çevirib:

"Söz verirəmsə edirəm. Nəyisə satıram, sonra çox pul versələr də geri qaytarmıram. Hətta toyda beh verirlər, həmin günə daha bahalı toy gəlir. Amma mən imtina edirəm".

Rüfət "Şou-biznesdəkilərlə dostluq olmaz" deyənlərə cavab verib:

"Hamıyla dostam. Gərək zər qədrini zərgər bilər. Bir-birimizi tutmalıyıq".

Rüfət anası ilə bağlı maraqlı hadisə danışıb:

"Yalan danışmayacam, bütün dərslərdən 2 almışam. Anam müəlliməm idi. Mənə 4 yazmışdı. Dedim ki, ana hamıya 4 yazırsan, yoxsa, gözləyirsən sənə Nazpəri xanımın şokolad qutusundan gətirsinlər? Ya hamıya 4 yaz, ya da mənə 2 ver. Məktəbdə müəllimələr tərəfindən döyülmüşəm də".

Sənətçinin bacısı Milana xanım efirə zəng edib, onunla bağlı sualları cavablandırıb. Bacısının sözlərinə Rüfət kövrəlib:

"Rüfət həm atam, həm anam, həm də qardaşımdır. Bizim qardaş-bacı münasibətimiz yoxdur. O mənim hər şeyimdir. Hər şeyə görə özünü qurban verir. Məktəbdə də mən nə səhv edirdim, gedib boynuna götürürdü".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 440 08.07.19 21:20