Müğənni Niyam Salami "Ay Zaur" verilişində qonaq olub.
Median.Az Primetime.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal ifaçıdan bu yaxınlarda keçirdiyi qəzə barəsində soruşub. Niyam isə hadisə baş verən zaman həmkarının öz maşını ilə onu gördüyünü və kömək etmədiyindən danışıb:
"Məni yandıran bilirsən nədir? Problemi varsa, gələ bilməyibsə, məni buna ona keçə bilərəm. Amma problemi olmaya-olmaya, mənə bəşəriyyəti yaradan Allaha and içən adamı parçalayaram. Əmircan körpüsündə qəzaya düşmüşdüm. Maşında da tək idim. Zəng elədi ki, "gəlim?", dedim - "yox, gəlmə". Maşınla keçmisən oradan, mən də burada ölürəm. Maşının içində də 4 nəfər olub. Yaxşı, mən dedim gəlmə, sən ki sürücünə deyə bilərdin ki, düş gör bax, Niyam orada ölüb, ya qalıb? Amma sən deyirsən ki, "Allaha and olsun ki, "Niyoş" mən oradan keçməmişəm". Bir-birimizə dost deyiriksə, belə olmamalıdır".