Xalq artisti Aygün Kazımova qastrol səfəri ilə əlaqədar Naxçıvana yola düşüb.
Tanınmış sənətçi Naxçıvanda olarkən Əshabi-Kəhf ziyarətgahına gedib. O, təmizlik işçisinə yaxınlaşıb və "İcazə verin sizə kömək edim" deyərək ziyarətgahın pilləkənlərini süpürməyə başlayıb.
Ziyarətgahda təmizlik işləri görən xanım Xalq artisti ilə söhbət edərkən bildirib ki, oraya gələn məhşurlar onların salamını almır. Videoda diqqətçəkən məqam Aygün Kazımovanın ziyarətgaha üzərində Azərbaycan bayrağının rəsmi olan köynəkdə gəlməsidir.