ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı ölüm xəbəri yayılan meyxanaçı Mahir Cürət olub.
Median.Az xəbər verir ki, Meyxanaçı barəsində yayılan xəbərlərə münasibət bildirib:
"Dəfələrlə ölüm xəbərimi çıxarıblar. Dostlarımdan biri ağlaya-ağlaya mənə zəng etdi. Soruşdum, nə olub? Dedi, deyirlər Mahir ölüb. Dedim, mən ölmüşəm, sadəcə basdırmayıblar. Səhhətimlə əlaqədar uzun müddət sənətdən uzaq qaldım. Heç kəs məni axtarmadı. Aydın Xırdalanlı rəhmətə gedəndə 3 gün sarsıntı keçirdim. Öləndən 2 gün əvvəl mənimlə dərdləşib. İllərlə onu axtarmayan adamlar televiziya kanallarında ancaq Aydından danışırlar. Yaxşı ki, Aydın öldü sizin üçün mövzu açıldı. Sağlığında onun harada olduğunu bilirdiniz? Efirə çıxanda özünüzü elə aparırsız ki, sanki böyük sənətkarsız. Siz sənət sahibi deyilsiz".