Əməkdar artist Lalə Məmmədovanın eks-əri İlham Qafarov "Çıxış yolu" verilişinə müsahibə verib.
Median.Az musavat.com-a istinadən xəbər verir ki, Qafarov müğənni haqqında şok yaradacaq açıqlama verib.
O, müğənninin onu hədələdiyini iddia edib: "Lalə ilə valideynlərimiz 35 illik dost idi. Lalə ilə yaş fərqimiz çox idi, ondan 16 yaş böyüyəm. Biz görüşdük, aramızda münasibət yarandı. 2012-ci ildən aramızda problemlər yarandı. Atam rəhmətə gedəndən sonra anam bizimlə yaşamağa başladı. Ondan sonra problemlər yaşadıq. Onda bir uşağımız vardı, o, qızımızı götürüb, rəfiqəsigilə getdi. 5 dəfə onun yanına getdim, məni qovdu. Yeni il günü onu evə gətirdim. Sonra Lalə dəyişdi, çox əsəbi idi. Bir dəfə evdə dava oldu, anamı təhqir etdi, mən də ayrılmağa qərar verdim.
İkinci uşağa hamilə idi. Anamı söydüyü üçün uşaqla maraqlanmıram. Biz düşmən kimi ayrıldıq. 43 min dollar vermişəm ki, özünə ev alsın. 3 maşınımız vardı. Birini özü apardı, birini satdı. Mənim köhnə maşınımı da istəyir. Aliment tələb edir, məni tutdurmaqla hədələyir. Mən işləmirəm. Uşaqlara necə aliment verim?"
İ.Qafarov daha sonra iddia edib ki, Məmmədova qızlarını düzgün tərbiyə etmir və 13 yaşlı qızı onu söyüb. O, aparıcıya qızının səs yazısını dinlətsə də, həmin səslər efirə getməyib.