Talıb Tale atasının son arzusunu yerinə yetirə bilmədi: Peşimanlığını çəkirəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Talıb Tale atasının son arzusunu yerinə yetirə bilmədi: Peşimanlığını çəkirəm

Müğənni Talıb Tale atası Ələsgər Ələsgərovun vəfatı ilə bağlı ilk dəfə açıqlama verib.

Median.Az
xəbər verir ki, Milli.Az-a danışan müğənni, atasının son nəfəsinə yetişə bilmədiyini deyib. Talıb Tale atasının ölümündən iki gün öncə əməliyyatdan çıxdığını sözlərinə əlavə edib:

"Atam dünyasını dəyişəndə yanında ola bilmədim. Müalicə üçün rayondan Bakıya gətirmişdik. Həkimlər dedilər ki, "Vəziyyəti qənaətbəxşdir. Hələ ki, bir neçə ay yaşaya bilər". Bakıda özəl klinikada əməliyyat olunmuşdu. Əməliyyatdan iki gün sonra rəhmətə getdi. Mən qayıdırdım Bakıya, yoldaydım artıq. Zəng vurdular ki, belə-belə..."

Talıb atasının ona son sözündən danışıb:

"Dedi ki, "Mənə nəsə olsa işini yarımçıq qoyma. Mənə görə işlərindən qalma. Mən onsuz da xəstəyəm"".

Müğənni atasının son arzusunu yerinə yetirməyə zamanı çatmadığı üçün peşimanlığını da dilə gətirib:

"Özümü günahkar sayıram ki, toyumu görə bilmədi, toyum bir az gecikdi. Ona görə peşimanlıq çəkirəm. Düzdür, özü iştirak edə bilməyəcəkdi. Amma yenə də biləcəkdi ki, toyum oldu. Onun peşimanlığını çəkirəm".

Qeyd edek ki, Ə.Ələsgərov dializ xəstəsi idi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 17.04.19 13:39