“Kazbek” mahnısının ifaçısına hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |     18:59 11-ci sinif şagirdi vəfat etdi  |     18:45 Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” - VİDEO  |     18:30 Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO  |     18:17 Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq  |    

“Kazbek” mahnısının ifaçısına hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində narkotik vasitələrin istifadəsində ittiham edilən “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayevin işinə baxılıb.

Məhkəmə V.Abdullayevin 30 sutka müddətində inzibati qaydada həbs edilməsinə qərar verib.

Qeyd ki, son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub:

“DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 856 03.04.19 12:01