Xalq artisti Teymur Mustafayev “Xəzər” TV-də yayımlanan “5/5” proqramının qonağı olub.
Veriliş zamanı aparıcı Zaur Kamal ona “Xanımınızdan qorxursunuzmu?”, - sualını ünvanlayıb.
Xanəndə isə “Arvaddan qorxmayan kişi deyil. Özümü nəzərdə tuturam. Bəlkə, kimsə qorxmur. Amma bizdə evdə o, nə desə, qanundur. Evdə dəsturu xanımım verir. Mən onun nazı ilə oynayıram”, - söyləyərək Zaura cavab verib.
Qeyd edək ki, 79 yaşlı Xalq artisti veriliş zamanı xanəndə Cabbar Qaryağdıoğlunun 112 yaşında vəfat etdiyini, ona görə uzun yaşamaq istədiyini dilə gətirib.//oxu.az