“Spice Girls” qrupunun keçmiş solisti Melani Braun xəstəxanaya yerləşdirilib.
Median.Az-ın NME nəşrinə istinadən verdiyi məlumata görə, o, pərəstişkarlarına müraciətində bildirib ki, reabilitasiya klinikasında travmadan sonrakı stressdən müalicə alacaq.
Melani deyib ki, prodüser Stiven Belafonte ilə ayrılıq və atasının ölümü ona mənfi təsir edib.
Üç uşaq anası bildirib ki, “ağrıları azaltmaq” üçün son aylarda spirtli içkilərdən çox istifadə edib.
Qeyd edək ki, sonuncu müsahibələrin birində M. Braun “Spice Girls” qrupunun bərpası barədə yayılan məlumatları təsdiqləyib və hətta yeni layihəyə Viktoriya Bekhemi cəlb edəcəyini söyləyib.