Müğənnilər Nazəninlə Təranə Qumral arasında uzun müddətdir davam edən məhkəmə prosesinin sonuncu iclası bu gün baş tutub.
Median.Az xəbər verir ki, Nazəninin vəkili, "Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev Axşam.az-a açıqlamasında bildirib ki, Təranə məhkum edilib:
"Müğənni Təranə Qumralın əməlində cinayət tərkibinin olması bu gün Nərimanov rayon məhkəməsində sübuta yetirilib. Üç zərərçəkmiş şəxs sayılan Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdan müğənni üzr istəmədiyinə, eləcə də, onların barəsində dediyini təkzib etmədiyinə görə, məhkəmənin hökmü ilə məhkum olundu və 4000 manat cərimə ödəyəcək".
Vəkil bildirib ki, Nazənin qalib hesab edilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.