“Bir çox insanlar elə zənn edirlər ki, həyat yoldaşım ərəb olub. Bu, əsla belə deyil. Həyat yoldaşım iranlı olub. Həm anam, həm də atam yarı iranlıdır. Haqqımda gəzən şayiələrə inanmayın. Mənim barədə doğru məlumatı almaq istəsəniz, sosial şəbəkə səhifələrimə baxın. Orda keçmişim, nənəm, babam, anam, atam, uşaqlığım, həyat yoldaşlarımın şəkilləri var (gülür)”.
Median.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.
Sənətçi bu yaxınlarda nənə olacağı barədə gəzən xəbərlərə də aydınlıq gətirib:
“Verilişlərin birində zarafat elədim. Bu söhbəti insanlar ciddi qəbul etdilər. Oğullarımın sevdikləri qızlar var. Bu, normaldır. Hər gəncin sevgilisi olmalıdır. Toy etsəm, bunu gizli şəkildə, qapalı edən deyiləm”.
Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.