Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı: “İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir” - FOTO

07.05.2020 23:24 3 168
Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı: “İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir” - FOTO
“Sevgi nəyə deyirsən sən? Hər kəs bu sözün mənasını özünəməxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə ondan qaçır, kimsə inkar edir, amma bunlara baxmayaq, hamı məhz onun axtarışındadır”.

Median.Az
xəbər verir ki, bu sözləri bir neçə ay öncə gizli şəkildə nişanlanan müğənni Sevda Yəhyayeva nişanlısı Zakir Bayramovla birgə royal önündə çəkdirdiyi fotoya şərh bildirərkən yazıb.

Sənətçi nişanlısına olan sevgisini bu sətirlərlə qələmə alıb:


“İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə onu qəbul etmirik. Məncə, bu bir insanın başqa birinə hiss etdikləridir. Bunu sözlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış ve dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil, bu həmçinin qayğı, dözüm, qarşılıqlı anlam, sevinc və hətta kədərdir.

Sevginin mahiyyəti sevdiyin insanı olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir. Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kim hələ çözə bilmir. Bunu mən belə anlayıram, sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikdə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil.

Sən ona yaxşılıq və hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən. Buna sevgi deyirlər. Bəs sən sevgini nəyə deyirsən?”


Diqqət çəkən məqam S.Yahyayevanın nişanlısı Z.Bayramovun da “Instagram” hesabında müğənnin paylaşdığı eyni şəkillərin və sevgi şərhinin yer alması olub.

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.//oxu.az

Son xəbərlər