Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm” - VİDEO

16.04.2020 21:52 4 069
Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm” - VİDEO
“Qətiyyən tənbəl deyiləm. Çox məsuliyyətliyəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti və “Crocus Group” şirkətlərinin birinci vitse-prezidenti Emin Ağalarov “Jara”nın rəsmi “Instagram” hesabında Jara TV-nin aparıcısı Konstantin Tarasyukla onlayn müsahibəsi zamanı deyib.

Müğənni hamının evdə oturub, yeyib kökəldiyi bir vaxtda, xeyli çəki atdığını söyləyib:

“Karantin zamanı hamı kökəldi. Təəccüblü olan budur ki, mən beş kiloqram arıqlamışam. İştahım yoxdur” .

K.Tarasyukun “Emin sentimental insandır” sualına Xalq artisti səmimi etirafı ilə diqqət çəkib:

“Sentimental insanam. Normal insan göz yaşı axıda bilər. Film seyr edərkən belə yanağımdan göz yaşı axa bilər. “Həyat gözəldir” və “Gündəlik” adlı filmləri izləyəndə həqiqətən çox təsirlənirəm.

Aparıcının “Müsahibələrin birində demişdiniz ki, arzunuz və həyatda məqsədiniz böyük evinizi uşaqlarla doldurmaqdır. Dünyaya gözəl bir Afina gəlib. O sizin dördüncü uşağınızdır. Düzgün başa düşürük ki, hələ altı uşağın yolunu gözləyirsiz? Yoxsa fikrinizi dəyişmisiniz?” sualına məşhurun reaksiyası belə olub:

“Həqiqətən gözləyirəm. Daha çox uşaq sahibi olacağımı gözləyirəm. Bir anda bütün uşaqları bir evdə toplayacağam. Biz təxmin etmirik, ancaq gözləyirik və buna ümid edirik”.


“Hər zaman qara rəngə üstünlük verən sənətçiyə Konstantin “Corc Armaninin “Kişinin yeganə rəngi qaradır” sitatına əməl edirsiniz. Parlaq rənglər geyinənlərə münasibətiniz necədir? Nə zamansa sizi heç parlaq rəngli geyimlərdə görə biləcəyik?” sualını ünvanlayıb. Emin Ağalarovun cavabı belə oldu:

“Buna tamamilə normal baxıram. Ötən əsrin 60-80-ci illərində insanlar paltar, saç düzümü, pirsinq, döymə ilə müxtəlif eksperimentlər edirdilər. Gənclərin belə təcrübələrə ehtiyacı var. Bunları müsbət qiymətləndirirəm. Lakin özüm geyimlər və rənglərlə eksperimentlərə hazır deyiləm. Geyimlərdə çox sadə bir seçimim var. Karantin zamanı çox rahat paltarlar geyinirəm. Misal üçün, cibli, enli şalvarlar və papaqlar. Amma bu geyimdə işə gedə bilmərəm”.

Son xəbərlər