"Cadu ilə ər saxlayanlar var. Qırx gündən bir etdirirlər". Bu sözləri Nadir Qafarzadə efirdə söyləyib.
Median.Az xəbər verir ki, ifaçının qonaq olduğu "Hər şey daxil" verilişinin mövzusu cadu olub. Aparıcı Tolik şou-biznes aləmində bir-birinə cadu etdirənlərdən söz açıb və qonaqlardan da bu mövzuda fikir söyləmələrini istəyib.
Qafarzadə cadu ilə ər saxlayan qadınların olduğunu deyib. Ayan Babakişiyeva kişilərin də belə işlərlə məşğul olduğunu bildirib. Xatun bəzi həmkarlarının mütəmadi olaraq falçı, cadugər yanına getdiyindən xəbərdar olduğunu iddia edib.