“Bu şəhərdə” yumoristik teatrının Sumqayıtdakı konsertinə icazə verilib.
Median.Az xəbər verir ki, bu barədə teatrın “İnstagram” hesabında məlumat verilib. Qeyd edək ki, ötən gün komandanın prodüseri Müşviq Abbasov konsertin təxirə salındığı yazaraq, Sumqayıt İcra Hakimiyyətinin məktublarına cavab vermədiyini bildirib:
“Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.//oxu.az