Dünya şöhrətli müğənni Castin Biber ağır xəstəliyə düçar olduğu haqqında informasiyalar yayılıb.
TMZ portalının əməkdaşları pop ulduz haqda filmi premyeradan öncə izlədikdən sonra Castinin “Layma” (red: dəri, sinir və ürək-damar sisteminin zədələnməsi ilə özünü büruzə verən yoluxucu xəstəlik) adlı infeksion xəstəliyə tutulduğu qənaətinə gəliblər.
Keçən il həkimlər Castinə bu xəstəliyin diaqnozunu qoyublar. Həkimlər uzun müddət onun səhhətində yaranmış problemlərin hansı səbəbdən baş verdiyini anlaya bilmirdilər. Hazırda isə məşhur müalicə alır.
Pop ulduzun qəbul etdiyi dərmanlardan biri onun orqanizminə düşmədiyi üçün bədənini “Akne” adlı sızanaqlar bürümüşdü. Ulduzun üzündə sızanaqların çoxalmasını isə üzə çıxaran onu qarabaqara izləyən paparasilər olub.
Biber xəstəliyi ilə bağlı nikbindir. O, yaxınlarda yeni albom və turun təqdimatından sonra həyat yoldaşı Heyli ilə uşaq sahibi olacağını bildirib.