“Planet Parni iz Baku” komandasının məşhur üzvləri, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları yeni ildə müqəddəs Məkkə şəhərinə ziyarətə gediblər.
Məşhur yumor ustaları Məkkə ilə yanaşı Mədinə şəhərini də ziyarət ediblər.
Müsəlman zəvvarların axın etdiyi Kəbəyə gələn Tahir ilə Cabir orada birlikdə foto çəkdirək sosial şəbəkə hesablarında paylaşıblar.
Qeyd edək ki, yeni ildə daha bir məşhur, ifaçı və iş adamı ABD Malik də yolunu Məkkə şəhərindən salıb.
/oxu.az/