“Zeynəb Xanlarovaya ayıb olsun!” – Flora Kərimovadan inanılmaz sözlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

“Zeynəb Xanlarovaya ayıb olsun!” – Flora Kərimovadan inanılmaz sözlər

Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. Xalq artisti hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur.
2013-cü ildə Brooklyn-də, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir.

Xalq artisti Flora Kərimova mövzu ilə bağlı açıqlamasında bunu “ayıb iş” kimi dəyərləndirib:

“Düzü, mən bu iddianın doğruluğuna şübhə edirəm. Çünki o elə bir şey etsə idi, bizimkilər bilərdi və sual verərdilər ki, Azərbaycan xalqına deyirsən ki, gedək ölək, ya erməni ilə dostluq edək, ya azərbaycanlıları “Qara camaat” adlandırırsan, sonra da gedib ermənilərə xeyriyyəçilik edirsən. Ona görə mən bu informasiyaya o qədər də inanmıram. Əgər elədirsə, Zeynəb Xanlarovaya ayıb olsun”.

F.Kərimova hesab edir ki, əgər Z.Xanlarova ABŞ-dakı azərbaycanlılara yardım edirsə, o zaman konkret olaraq kimlərə köməklik göstərdiyini açıqlasın:

“Əgər oradakı azərbaycanlılara xeyriyyəçilik edirdisə, onda çıxıb kimlərə, nə vaxt kömək etdiyini desin. Mən bu informasiyanın araşdırılıb, dəqiqləşdirilməyin tərəfdarıyam. Belə bir şey doğrudan da olubsa, niyə Amerikada xeyriyyəçiliyə qol qoyan insan, Azərbaycanda bu addımı atmadı? Özü də 40 ildən çoxdur millət vəkilidir. Mən onun haqqında ayrı şeylər eşitmişəm.

Deyirdilər, ustaları çağırırdı, işlədirdi, mebeli sökdürüb-yığdırırdı 1 qəpik də vermirdi. Milli Məclisdən çıxanda ayrı çıxışdan çıxırmış ki, dayandırıb ondan pul istəməsinlər, ya da xahişlər etməsinlər. Bunları media çox geniş işıqlandırıb. Öz millətinə 5 manat verməkdən qaçan insan, gedib Amerikada kimlərə xeyriyyəçilik edəcək?


Həmçinin o xeyriyyə pullarından bizim düşmənlərimiz də istifadə edə bilər. Sizə bir şey deyim, bizim ağır vaxtlarımızda, şəhidlərimizin qırılan vaxtlarında, analarımızın gözü yaşlı, ürəyi dağlı “Vətən sağ olsun” deyən vaxtlarında o getdi Amerikaya konsertdə “Dünyanın xoşbəxti mənəm” oxudu. Ay siyasətçi, sən Amerikaya bu millətin səfiri kimi getmisən, sənə millətin səfiri kimi qapılar açılıb, hörmət olunub, oxumağına görə yox. Açın, baxın görün, nə oxuyur, necə oxuyur. Mən bir söz deyəndə hərdən onun tərəfdarları məni qınayırlar. Ancaq sən ora millət vəkili status ilə, Azərbaycanı idarə edənlərdən biri kimi gedirsən və o müsibət vaxtı deyirsən ki, ”Dünyanın xoşbəxti mənəm dünyada”.

Siyasətçi bunu edərmi? Sən ora Azərbaycanı təmsil etməyə getmisən. Hansı ürəklə “Xoşbəxt mənəm” deyirsən? Mən o konsertə baxanda nə günə düşdüm. Mən-mən deyirsən, elementar vətəndaşlıq hissi də yox idi səndə? Sonra da guya zarafat edir, deyir “mən oxudum, mənə əl çalırdılar, “Reyhan”ı oxuyanda. Sən demə onlar elə biliblər ki, mən Reyqanı (Ronald Reyqan-red) tərifləyirəm ona görə əl çalıblar”.

Sən hansı şüurla bunu deyirsən, öz müğənniliyinin üstündən xətt çəkib deyirsən ki, oxumağıma görə yox, elə bildilər Reyqanı tərifləyirəm ona görə əl çaldılar. Özü də o zalda azərbaycanlılar oturmuşdu. Belə məntiqsiz hərəkətlər görəndə düşünürəm ki, hər birimizin ixtiyarı var bunu dilimizə gətirək və iradları deyək ki, ondan sonra gələnlər bunu təkrarlamasın, millətimizi alçaltmasın və təkcə millət vəkili yox, həm də vətənpərvər olsun.

Deyəndə də deyirlər Flora acıdildir, danışmayım neyləyim? Həm də tank qabağında millətinə görə dayanan, tankın lüləyi burnuna dəyən bir insanın bu sözləri deməyə ixtiyarı var. Mən ailəmi, uşaqlarımı gecə tək qoyub getmişəm, mənimlə cavan uşaqlar gedib, elə oradaca şəhid olublar, mənim millət vəkilinə söz deməyə ixtiyarım var ki, sən 40 ildir bu millətin çörəyini yeyib sonra da bəyənməyib, gedib Amerikada xeyriyyə fondu yaradırsan.

Ancaq yenə də deyirəm, bu iddialar hamısı ona görə ortaya atılır ki, Xanlarova millətin gözündən düşüb, birtəhər onu söyüşdən, qınaqdan qurtarsınlar, vəssalam”.

F.Kərimova son zamanlar bəzi siyasətçilərin sənət adamlarının parlamentdə təmsil olunmasına qarşı çıxmasına da sərt reaksiya verib. Xalq artisti bu fikirlərlə qətiyyən razılaşmayıb:

“Mən inanmıram ki, ağıllı siyasətçilər bunu deyər. Çünki ağıl peşədə deyil, ağıl Allahdan gələn xüsusiyyətdir. İnsan ya ağıllı doğulur və inkişaf edir, ya da ki, yox. Siyasətçilər bu sözü deməklə böyük bir səhv edirlər. Baxsınlar, Kikabidze (Vaxtanq Kikabidze – red) Putinin ünvanına nələr deyirdi. Mən sənətçiyəm deyə, vətəndaşlığımdan çıxıram? Ayıb deyilmi? O vaxt mən sənətçi idim, Xalq artisti idim, tank qabağına çıxdım deməli mənim ixtiyarım yox idi çıxmağa? Yaxşı yadımdadır, mən o vaxt 20 Yanvarda camaatı arxamca aparanda sənətçilər qıraqda dayanıb istehza edirdilər ki, “Floraya bax, düşüb ortalığa”. Ancaq danışanda başlayırdılar ki, “Bizim ziyalılarımız”. Sən oturmusan millət vəkili, neyləmisən bu millət üçün? Sən bir dəfə səsini çıxardıb dedin ki, Zeynəb Xanlarova dinmir? Və ya Zeynəb Xanlarova mənim üçün nümunədir? Sən ona baxıb deyirsən ki, mən deputat olmayım, seçilməyim? Mən seçilmişdim, onu təyin etmişdilər, amma mən millətin iradəsi ilə seçilmişdim. Və kimlərinsə iradəsi ilə məni təsdiq etmədilər, Avropa məhkəməsi təsdiq etdi. Ayıb deyildimi? Niyə bu ölkəni güldürürsünüz? Ağlı varsa, vətənpərvərdirsə, Faiq Ağayev kimi yalnız karyeranı düşünmürsə, niyə deputat olmasın? Mən deputat seçiləndə gecə təbrik edənlərdən biri Faiq oldu. Səhər qorxdular, ləğv etdilər, o saat yadından çıxdım, karyeristdir çünki. Mənim ünvanıma yalan, böhtan yazırdı, adıma saxta sənədlər hazırlayırdı, indi Faiq Ağayev millət vəkili olmaq istəyir”.

Xalq artisti keçiriləcək növbədənkənar parlament seçkiləri barədə ümidli olduğunu da bildirib:

“Bilirsiniz, Prezident belələrindən canını qurtarır. Mən inanmıram ki, bundan belə o cür insanlar Milli Məclisə ayaq açalar. Əgər açsalar, vay Azərbaycanın halına. Onda Parlament ümumiyyətlə öz nüfuzunu itirəcək.

Şükür ki, indiyə qədər onların arasında döyüşən deputatlar da var idi. Onlar da olmasa idi, Parlament tamam biabır olardı. Özlərindən danışsınlar, əgər müğənni deputat olmasın deyirsənsə, vaxtında çıxıb deyəydin ki, “Zeynəb Xanlarovanın burda nə işi var?” İndi dil açmısınız? İndi o qədər söyürsünüz ki, axırda çıxıb yalandan da olsa deyirlər xeyriyyə ilə məşğuldur. Guya yaxşılıq etdilər? Daha da söydürdülər. Özü də qılıncı əlindən düşəndən sonra.

O qılıncı da mən onun əlindən aldım, çox yuxarıdan gedirdi. Bir adam ki, ona çörək verən adama sədaqətini itirirsə, münasibətini dəyişir, minüzlük edir, onun evində gedib yuxarı başda oturur, onu televiziyada sərgiləyirsə…

Ancaq mən yenə də inanmıram ki, öz millətinə 5 manatı qıymayan Zeynəb Xanlarova gedib xeyriyyə ilə məşğul olsun. Özü də Amerikada. Heç olmasa gedib Afrikada açsaydı deyərdim ki, orada susuz, ac, möhtac uşaqlar var. Onlara etmir, gedib Amerikada xeyriyyə fondu açır. Sən özünə Amerikaya yol açırsan? Görün, bu millət ondan nə qədər üz döndərib ki, ya doğruların üstünü açır, ya da ona bu hərəkəti layiq bilib tənəyə gətirir”.//yenisabahскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 933 17.12.19 19:35