Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi |
Mojo.az Avto
Mojo.az Avto

Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək - VİDEO

17.12.2019 17:53 3 238
Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək - VİDEO
Bloqer Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini Xalq artisti Röya öz üzərinə götürüb.

Bu barədə Yeniavaz.com-a elə Tural Yusiflinin özü məlumat verib:

“Az öncə məlumat aldım ki, Xalq artisti Röya Qazaxda Əsmər nənənin yanındadır və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürüb”.

T.Yusifli bildirib ki, nənəyə kömək etmək istəyənlər olsa da, onun övladının şəhid statusu olmadığı üçün bir çoxları bu fikrindən daşınıb:

“Bu yaxın günlərdə Qazaxın Quşçu Ayrım kəndində yaşayan 77 yaşlı Əsmər nənənin sosial problemini əks etdirən videopaylaşım etmişdim. Mənə çox zənglər gəldi, bu video üçün nənəyə yardım etmək istəyənlər var idi. Lakin nənənin oğlunun rəsmi şəhidlik statusu olmadığı üçün bir çoxu bu köməkdən yayındılar. Səbəb isə o idi ki, Əsmər nənənin oğlu Murad dörd il Qarabağda ağır döyüşlərdə olub və sağlamlığını itirərək təxris edilib və evə göndərilib”.

Qeyd edək ki, bloqerin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqəti çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi.

Nənənin “75 ildir mən burada yaşayıram. Camaat getsə də, mən burada, kəndimdə öləcəm. Torpaq anadır! ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam” sözləri isə videonun ən yaddaqalan hissəsi idi.


Son xəbərlər