Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınız » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınız

Yağlı bişirmə kağızları mətbəxlərdə geniş şəkildə istifadə edilən vasitələrdən biridir. Son dərəcə gigiyenik və istiliyədavamlı olan bu kağızlar müxtəlif məqsədlər üçün istifadə olunur.

Median.Az
medicina.az-a istinadən bildirir ki, əsasən çörək və ya digər un məmulatlarının yapışmaması və asan çıxarılmasını təmin edən bu kağızlar uzun illər sağlamlıq üçün faydalı hesab olunub.

Çünki bu yağlı kağızlar əlavə yağ istifadəsinə mane olur.

Həmçinin sobanın içindəki havanın təmiz qalmasına səbəb olur.

Lakin mütəxəssislər son illərdə bu kağızların zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bişirmə kağızlarının bəzi növləri insan sağlamlığını təhdid edir. Söhbət ağ rəngdə olan bişirmə kağızlarından gedir. Bu kağızlar xlorla ağardılır. Xlorun tərkibində dioksin var. Bu cür bişirmə kağızından istifadə uzun müddətdə hormon pozğunluğna səbəb ola bilər. Bu halda əsasən də tiroid hormonlarının və estrogen hormonunun balansı pozulur.

Bundan əlavə, bəzi insanlarda dəri problemlərinə və allergiyaya səbəb olması mümkündür.

Bildirilir ki, əsas tərkib hissəsi sellüloza olan və ağardılmayan bişirmə kağızları daha təhlükəsizdir.

Selüloz liflərindən hazırlanan bu kağızlarda xlor yoxdur.

Buna görə də ağ deyil, bir qədər qəhvəyi rəngli və xammalı sellüloza olan kağızlardan istifadə etməyiniz tövsiyə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 12.06.24 22:41