Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qadınlar üçün siqareti atmaq niyə daha çətindir? - AÇIQLANDI

01.04.2024 22:57 2 973
Qadınlar üçün siqareti atmaq niyə daha çətindir? - AÇIQLANDI
Fransız alimlərinin araşdırmalarına görə, qadınlar üçün siqareti atmaq daha çətindir.

Median.Az
lent.az-a istinadən bildirir ki, Burqundiya Universitetinin mütəxəssisləri 2001-2018-ci illər ərzində pis vərdişdən qurtulmağa çalışan və kömək istəyən 37 mindən çox siqaret çəkənin məlumatlarını öyrəniblər. İştirakçılar arasında 43,5 faiz qadınlar olub.

Məlumatlar göstərib ki, kişilərin 60 faizi və qadınların 56 faizi nikotin asılılığından əziyyət çəkir. Eyni zamanda, kişilər gündə orta hesabla daha 27, qadınlar isə 23 dəfə siqaret çəkir.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, qadınlar daha az siqaret çəkir və nikotindən daha az asılı olur, lakin siqareti buraxmaqda daha çox çətinlik çəkirlər.

Alimlərin fikrincə, əsas səbəblər qadınlar arasında narahatlıq, depressiya, artıq çəki və ya piylənmənin çox olmasıdır. Kişilər, araşdırmanın nəticələrinə görə, bu cür problemlərlə daha az rastlaşırlar. Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, qadınlar üçün siqaret çox vaxt gündəlik fəaliyyətlər arasında möhlət rolunu oynayır.

Son xəbərlər