Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Balanslı qidalanma uşaqlarda piylənmənin qarşısını alır

20.08.2021 22:52 3 294
Balanslı qidalanma uşaqlarda piylənmənin qarşısını alır
Uşaqlarda piylənmə geniş yayılmış problemlərdən biridir. Son illərdə həmin xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır.

Median.Az
bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib ki, az hərəkət etmək piylənməyə səbəb olan əsas amillərdən biridir. Ona görə də xüsusilə 13-15 yaş arasında olan uşaq və yeniyetmələrin valideynləri həmin problemlərlə əlaqədar daha çox müraciət edirlər: "Həmin yaş dövründə valideynlər övladlarının qidalanmasına ciddi diqqət yetirməlidirlər, çünki böyüməkdə və inkişafda olan orqanizm üçün balanslı qidalanma lazımdır. Balanslı qidalanma deyəndə ət, toyuq, balıq, süd məhsulları, çərəzlər, meyvə quruları, mövsümə uyğun meyvə-tərəvəzlər, göyərtilər, doymuş və doymamış yağlar, paxlalar daxil olmalıdır. Yağlı və qızardılmış yeməklərdən uzaq olmağa çalışmaq lazımdır. Konfet və şokoladlar çox az miqdarda qəbul edilməlidir".

Həkim-pediatr qeyd edib ki, passiv həyat tərzi keçirən uşaqlarda əzələlər də zəifləyir, bu isə onurğanın əyilməsinə aparıb çıxarır. Adətən uşaqlara düzgün oturuş qaydası məktəblərdə aşılanmır. Telefon və kompüter arxasında vaxt keçirən balacalarda onurğa sütunu deformasiyaya uğrayır. Skolyozun ağır fəsadları ola bilər, əsasən onurğanın torokal və lyumbar hissəsində S-vari skolyoza aparıb çıxaran hallar müşahidə edilir. Valideynlər bəzən bunu uşaqların çiyınlərində olan fərqliliklə əlaqələndirirlər".

Həkimlər çıxış yolunu mütəmadi olaraq idman hərəkətləri etməkdə görürlər. "Yaxşı olar ki, uşaqlar həftədə heç olmasa iki-üç dəfə idman hərəkətləri etsin, 20-30 dəqiqəlik yürüşə çıxsınlar. 4-6 yaş və 12-14 yaşlılar arasında qamət pozuntuları ilə əlaqədar daha çox müraciətlər olur. Ali məktəbə hazırlaşan yeniyetmələr daha uzun müddət stol və ya kompüter arxasında əyləşməli olurlar və onlarda həmin hallar daha çox özünü göstərməyə başlayır", - deyə həmsöhbətimiz əlavə edib.

Hafizə Məmmədova əlavə edib ki, onlayn dərslər koronavirusa yoluxmaqdan qorusa da, oturaq həyat tərzi orqanizmdə digər problemlər yaradır. Sağlam olmaq üçün isə həm qida rasionuna diqqətə yetirilməli, həm də aktiv həyat tərzinə üstünlük verilməlidir.

Son xəbərlər