Təzyiq düşəndə necə qaldırmalı? - İlk yardım vasitələri » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

Təzyiq düşəndə necə qaldırmalı? - İlk yardım vasitələri

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Amma nəzərə alın ki, insan öləndə təzyiqi kəskin aşağı düşür. Lakin bu ürəyin dayanmasına görə baş verir.

Median.Az xəbər verir ki, təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

- Ən sadə üsul - dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

- Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasını təzyiqin düşməsi ilə səhv sala bilərsiniz.

Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 005 05.04.21 23:47