Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:26 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |     20:41 Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək  |     20:33 Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb  |     20:28 Azərbaycandan turist axını 17 % artıb  |     20:20 Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb  |     20:14 Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb - VİDEO  |     20:06 İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib  |     20:01 Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var  |     19:53 Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub  |     19:46 DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək  |     19:40 Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     19:33 Ötən ay Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub  |     19:28 Azərbaycanın qadın idman gimnastikası üzrə hakimi 1-ci kateqoriyaya layiq görülüb  |     19:19 NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb  |    

Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırıla bilər

Müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Bundan başqa, iclasın gündəliyinə salınan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklə ölkə vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.

Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.

Məcəlləyə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 13.12.24 18:12