600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.

Bu hədəflərə nail olmaq məqsədilə Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən yüksək intellektli gənclərin seçilməsi, onların Müdafiə Nazirliyinin struktur qurum və bölmələrində fəaliyyətlərə cəlb edilməsi üzrə xüsusi layihəni həyata keçirir.

Modern.az xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədov proqramın məqsədləri, şərtləri və gələcək perspektivləri barədə "Azərbaycan müəllimi”nə açıqlama verib.
 
O qeyd edib ki, ali məktəblərə qəbul olduqları zaman imtahanlardan 600 və daha yuxarı bal toplayan şəxslər, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, həmçinin "Times Higher Education World University Rankings” beynəlxalq reytinqində ilk 500 yerə sahib ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları layihədə yer alırlar. Burada məqsəd yüksək intelekt sahibi gənclərin potensial imkanlarından müdafiə fəaliyyətləri çərçivəsində milli maraqlar naminə yararlanmaq, eləcə də gənclərə xidmətlərini çəkdikləri müddətdə unikal təcrübə qazandırmaq fürsəti yaratmaqdan ibarətdir:
"Bu layihə iştirakçılara ciddi və unikal təcrübə qazandıracaq ki, bu da öz növbəsində onların gələcək karyera inkişafında təkanverici rol oynayacaq. Layihə iştirakçıları hərbi xidmətdən sonra Azərbaycan Ordusunda qalıb xidmət də edə bilərlər”.

Müşavir əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tövsiyələrinin icrasına müvafiq olaraq onların müxtəlif elmi və praktiki layihələrə cəlb edilmələri layihənin önəmini artırır:

"Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən bu proqram müdafiə sahəsində ixtisaslaşmaq və karyera qurmaq istəyən gənclər üçün geniş fürsətlər yaradır. Gənclər həm ölkənin müdafiə qabiliyyətinin artırılmasına öz töhfələrini verə bilmək, həm də gələcək karyeralarını qurmaq imkanına sahib olacaqlar. Layihənin digər önəmli tərəfi də orta məktəb şagirdlərinin bu layihə sayəsində təhsilə olan marağının artırılmasının təşviqidir”. 

Müsahibənin sonunda Rəşad Əhmədov layihədə iştirak edən gənclərə inam və etimadın böyük olmasından və onların bu layihə sayəsində öz potensiallarını reallaşdıracaqlarından əminliyini ifadə edib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 19.10.24 21:54