Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video |
Mojo.az Avto
Mojo.az Avto

Arazdəyən və Kərki ətrafı boşaldılır: Hərbçilərimiz bu nöqtələri tutacaq

08.08.2024 22:42 1 692
Arazdəyən və Kərki ətrafı boşaldılır: Hərbçilərimiz bu nöqtələri tutacaq
Zəngəzur istiqamətində Ermənistan sərhədindən rus hərbçilərinin çıxarılması müşahidə edilir. Görünən odur ki, rus hərbçilərini Ermənistandakı Zvartnots hava limanından sonra Azərbaycan-Ermənistan şərti sərhədindən çıxarıb İran-Türkiyə sərhədinə yerləşdiriblər. Bu da Ermənistanla Rusiya arasında birgə razılaşma əsasında həyata keçirilib.

Mediani.Az
xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, ABŞ hərbçilərinin Ermənistana gəlişi, birgə hərbi təlimlər və digər məsələlərdə atılan addımlarda intensivlik var: Sayt yaratmaq

"Amerikanın Avropadakı hərbi bazalarından Ermənistana Zvartnotsa hərbi yük təyyarələri gəlir. Müəyyən hərbi yüklərin aparılıb-gətirilməsi prosesi həyata keçirilir. Bunun hərbi təlimlərlə bağlı olduğu deyilsə də görünən odur ki, Amerikanın Ermənistanla birgə "iş planları" çoxdur".

Polkovnik hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərindən ümumiyyətlə imtina etməsi də bu amillərlə bağlıdır:

"Rus hərbçlərinin Zəngəzur, Arazdəyən, Kərki kəndləri ətrafından çıxarılması isə başqa amillərlə izah olunur. Faktiki olaraq Ermənistan Azərbaycanın anklav kəndlərinin təhvil verilməsi prosesini gecikdirir. Buna görə də, Azərbaycan müəyyən addımlar atmaq məcburiyyətində qala bilər. Sadəcə olaraq Azərbaycan hərbçiləri gedib müəyyən nöqtələrdə yerləşəcək. Ola bilsin ki, bu, bir qədər gərgin rejimdə keçsin. Hətta müəyyən müqavimət və narahatlığın olması da mümkündür".
Üzeyir Cəfərova görə, indiki gərginliyi Ermənistan real vəziyyətini bildiyi üçün daha da qəlizləşdirmək istəmir:
"Son zamanlar Ermənistana dəstək verilsə də, bu, işin hamısı deyil. Amma bunun fonunda başqa narahatedici məqamlar ola bilməz".

Son xəbərlər