ƏÜO-da “Mustafa Kamal Atatürk - 2023” təliminə hazırlıq məşqləri keçirilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:56 Milli Xalça Muzeyinə direktor təyin olundu - FOTO  |     12:45 Azərbaycanda müəllim vəfat etdi - FOTO  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |     12:32 BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"  |     12:31 Zəngilan rayonunda bazar tikiləcək  |     12:30 Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat  |     12:29 İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib  |     12:23 Bakıda kişi sevgilisi tərəfindən öldürülüb? - Yenilənib  |     12:21 Əli İnsanov məhkəməyə müraciət edib  |     12:17 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı mərkəzi prospektlərdən biri bağlanır  |     12:16 Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb  |    

ƏÜO-da “Mustafa Kamal Atatürk - 2023” təliminə hazırlıq məşqləri keçirilir - VİDEO

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            780 20.10.23 12:53