Polad Həşimovun əsgəri Şuşada bıçaqlanaraq ŞƏHİD olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Polad Həşimovun əsgəri Şuşada bıçaqlanaraq ŞƏHİD olub

Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni terrorçularının işğal etdiyi tarixi torpaqlarımızdan qovaraq 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Döyüşlər zamanı yüzlərlə mərd və cəsarətli igid canları ilə Azərbaycan səlnaməsində yeni səhifə açaraq qanları ilə tarix yazdılar.

II Qarabağ müharibəsində canından keçən qəhrəmanlarımızdan biri də şəhid Xəyal Salam oğlu Ağaməmmədovdur.

Median.Az xəbər verir ki, "report”un Mil-muğan bürosunun əməkdaşları şəhidin doğulub boya başa çatdığı, evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

Xəyal Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayır. Hərbi xidmətinin ilk günlərində ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilir. Onu xidmət etdiyi hərbi hissədə "Polad Həşimovun əsgəri”, yaxud da "polad əsgər” çağırırmışlar.

Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Bu ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılır.

Sentyabrın 27-də erməni terrorçularının Azərbaycana qarşı diversiya cəhdinin qarşısının alınması ilə başlayan II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır.

Xəyalın döyüş yolu Füzulidən başlayır, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatır. Bu yol yalnız yazılanda və ifadə ediləndə asan səslənir. Xəyal döyüşlər zamanı 2 dəfə güllə yarası alsa da, döyüş yoldaşlarından geri qalmır. Beləliklə, bu şərəfli yolda cəsarətlə düşmənin üzərinə ön sıralarda şığıyan Xəyalın sözün həqiqi mənasında işğaldan azad edilən torpaqların hər qarışında al-qırmızı qanının izləri var. Sanki düşmən gülləsi Xəyalı əldən salmaq, yerə yıxmaq əvəzinə Polad Həşimov kimi daha da cəsarətləndirir və polad kimi nöhkəmləndirirdi.

Hərbi xidməti dövründə sıravi bir əsgərin adı generalın adı ilə qoşa çəkilməsi və ya həmin əsgərin generalın adı ilə çağırılması hər kəsə nəsib olmayan nadir haldır. Xəyal sanki "Polad Həşimovun əsgəri” və "polad əsgər” ləqəblərinin haqqını verərək mənfur düşəmənin gülləsinə polad möhkəm daynıb, şəhid komandiri general Həşimovun qısasını almaq üçün irəliləyirdi. 44 günlük müharibə zamanı bədənində 2 güllə yarası olmasına baxmayaraq, 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü ilə boğazından aldığı 2 zərbədən sonra şəhadətə qovuşub. Ruhun şad olsun Xəyal, sənin və sənin kimi minlərlə igidin qanı və canı bahasına Polad Həşimovun qisası da alındı, torpaqlarımız düşmən işağlında da azad edildi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            822 23.12.20 20:26