Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

24.11.2020 18:00 2 961
Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA
“Artıq Tərtər şəhərində, dörd kənddə və bir qəsəbədə ziyan dəymiş 796 obyektə baxış keçirilib. Onlardan 147-si çoxmərtəbəli binalardakı mənzillər, 611 ədədi fərdi yaşayış evləri, 23 ədəd sahibkarlıq subyekti, altı ədəd sosial obyekt, dörd ədəd inzibati binadır”.

Bunu APA-ya açıqlamasında Tərtər rayonu üzrə İşçi qrupunun rəhbəri Qubad Heydərov deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, bu günə olan məlumata görə, daha 4100-dən yuxarı obyektə baxış keçirilməlidir:

“Ona görə də Tərtər rayonu üzrə İşçi qrupuna daxil olan komissiyaların sayının artırılması planlaşdırılır. Bundan əvvəl Tərtər rayonu üzrə üç İşçi qrupunun fəaliyyəti nəzərdə tutulub. Daha üç köməkçi qrupun yaradılması planlaşdırılır. Çalışacağıq, ayın 10-dək işləri yekunlaşdıraq”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət İşçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

Son xəbərlər