Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |     17:05 Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq edildi  |     16:53 Sumqayıtda 41 milyonluq layihənin icrasına başlanılır  |     16:28 Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır  |     16:06 Bu şəxslər birdəfəyə 6 min pul alacaqlar  |     15:57 Azərbaycanlı polkovnik-leytenantın 70 kiloqram qızılla Türkiyədə tutulması barədə DTX-dən AÇIQLAMA  |    

Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”

“Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bunun yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

O, deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır: “Əks-hücum şəraitində ordumuzun qarşısında duran vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ordumuzun qarşısında tək düşmən deyil, əcnəbi muzdlular da var. Bu döyüşçülər, əsasən, erməni əsilli əcnəbi döyüşçülərdir. Düşmən bu əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların döyüşə girməkdən imtina etməsi barədə məlumatlar var. Əcnəbi döyüşçülər də düşmənin tələsinə düşdüyünü dərk etməli və silahı yerə qoymalıdır. Bu gün Azərbaycan əsgəri döyüşdə zəfər qazanır. Qələbə biziməldir!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 323 06.11.20 19:45