Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Quo Minlə görüşüb

04.11.2020 18:48 1 701
Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Quo Minlə görüşüb
Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməkdən məmnun olduğunu bildirib. Sədr vurğulayıb ki, Azərbaycan dost Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir.

İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının rolundan danışan Milli Məclisin Sədri ölkə liderlərinin qarşılıqlı səfərlərini xüsusi olaraq vurğulayıb. Sədr ölkələrimiz arasında bu günə qədər 81 sənədin imzalandığını və bu sənədlərin əlaqələrimizin gələcək inkişafı üçün etibarlı hüquqi əsas formalaşdırdığını diqqətə çatdırıb. Sədr həmçinin qeyd edib ki, Azərbaycanda 100-dən çox Çin şirkəti qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir.

Milli Məclisin Sədri bildirib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Sədr iki ölkə parlamentlərinin deputatlarının beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyindən danışıb.

Spiker COVİD-19 pandemiyası dövründə əməkdaşlığa da toxunaraq pandemiya ilə mübarizədə Çinin ölkəmizə verdiyi dəstəyə və göstərdiyi yardımlara görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq cəbhə bölgəsindəki vəziyyət haqqında ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Çinin Azərbaycandakı səfiri xanım Quo Min ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Qonaq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası əlaqələrin xüsusi rolunu qeyd edib. Bildirib ki, Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasına, regionda sülhün və sabitliyin bərqərar olunmasına ümid edir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Son xəbərlər