Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı |
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

31.10.2020 18:40 2 418
Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”
“Son zamanlar Ermənistan tərəfindən çoxlu sayda saxta videoların yayılması müşahidə olunur”.

Median.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edir ki, guya Azərbaycanda ordusunda xarici döyüşçülər iştirak edir:

“Bunlar saxta məlumatlardır. Belə təxribat xaraketli məlumatlardan biri də bu günlərdə Azərbaycan tərəfinin guya fosfor tərkibli döyüş sursatlarının istifadə etməsi ilə bağlı olan məlumatdır.

Azərbaycan tərəfində olan kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfi Xocavənd istiqamətində fosfor tərkibli maddələrin, döyüş sursatlarının daşınmasını həyata keçirir. Burada əsas məqsəd bunlardan Azərbaycana qarşı istifadə etməkdir. Bu, açıq təxribatdır.

Məqsəd Azərbaycanın fosfor tərkibli maddələrin istifadə etməsi ilə bağlı dezinformasiyalar yaymaqla, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır”.

“Ermənistanın bu kimi saxta məlumatları yaymaqla, dinc əhalini hədəfə almaqda məqsədi bəllidir. Onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Onlar işğalı möhkəmləndirmək, eyni zamanda, üçüncü tərəfi bu münaqişəyə cəlb etmək istəyir” - deyə XİN rəsmisi qeyd edib.

Son xəbərlər