“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ

Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar Tərtər rayonu istiqamətində davam etdirilir.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi artilleriyadan Tərtərdə dinc əhalini, yaşayış evlərini atəşə tutub:

“Ermənistan öz təxribatlarını törətməyə davam edir. Xüsusən də Tərtər rayonu istiqamətində əhali üçün yaradılan infrastrukturu məhv etməyə çalışırlar. Belə ki, Tərtər rayonunda qadınlar üçün iş yeri kimi nəzərdə tutulan xalçaçılıq zavoduna ciddi ziyan dəyib.

Ermənistan tərəfi məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbəyə, eləcə də, polis məntəqələrinə ziyan verməyə çalışırlar. Çünki məcburi köçkünlər üçün tikilən qəsəbə Ermənistanın özü üçün nümunə idi. Onlar gördülər ki, məcburi köçkünlər üçün necə gözəl şərait yaradıblar. Lakin Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 710 28.09.20 14:07