Erməni ordusu 550 nəfərdən çox itki verib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Zakir Həsənov Qazaxıstana getdi  |     12:31 Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü (YENİLƏNİB)  |     12:29 Azərinin "bozqurd" işarəsinə Ərdoğandan REAKSİYA - VİDEO  |     12:26 Bakıda qrilin içindən qurd çıxdı - VİDEO (YENİLƏNİB)  |     12:23 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb - VİDEO  |     12:22 Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb  |     12:20 Hərbçi arvadını öldürən ərə HÖKM OXUNDU  |     12:19 Bakıda usta 3-cü mərtəbədən yıxılıb  |     12:18 Bakıda iki qadın xəstəxanalıq oldu  |     12:17 Səhər saatlarında Bakı metrosunda problem yarandı  |     12:15 Bağçalara ərizələrin onlayn qeydiyyatı başlayır  |     12:12 İli köhnə olan avtomobilləri taksi kimi qeydiyyatdan keçirmək mümkündür? - RƏSMİ(VİDEO)  |     12:09 Nərimanov parkının gecə GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:55 İtaliyada it evə qayıtmaq üçün kilometrlərlə üzərək dənizi keçib  |     11:50 Geyim üstündə bıçaqlanma: "Banditə oxşayırsınız"  |     11:45 İstirahət mərkəzində bədbəxt hadisə - VİDEO  |     11:43 Müasir janrlarda musiqi yazan süni intellekt yaradıldı  |     11:41 Respublikaçılar ABŞ tarixində ən böyük miqrant deportasiyasını həyata keçirəcəklər  |     11:22 Çimərlikdə qadınların əşyalarını oğurlamaqda şübhəli bilinən 66 yaşlı şəxs saxlanılıb  |     23:03 Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? - Şəxsi detektivdən məsləhət  |    

Erməni ordusu 550 nəfərdən çox itki verib - RƏSMİ

“Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.

Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 298 28.09.20 12:33