“Caliber” “YouTube” kanalında Ermənistan silahlı qüvvələrinin 27 sentyabrda törətdiyi təxribatlar və Azərbaycan ordusunun əks-hücumları barəsində süjet yayımlanıb.
Materialda erməni işğalçılarının mülki əhalinin evlərini və həyətyanı sahələrini atəşə tutması haqqında kadrlar yayımlanıb, təxribat nəticəsində yaralanan və ölən Azərbaycan vətəndaşlarının görüntüləri yer alıb.
Həmçinin materialda Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərinin darmadağın etməsi və genişmiqyaslı əks-hücumu barədə məlumatlar əksini tapıb.
Qeyd edək ki, “Caliber” müstəqil rusdilli hərbi-analitik internet-layihəsini tanınmış hərbi jurnalist və analitik Heydər Mirzə hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə həyata keçirir.