Kababın gözlənilməz təhlükəsi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:29 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |     16:26 Prezident Samir Şərifova daha bir vəzifə verdi  |     16:25 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE  |     16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |     16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |    

Kababın gözlənilməz təhlükəsi açıqlandı

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, kömürdə hazırlanmış qidanın tez-tez qəbul edilməsi ürək-damar xəstəliklərindən erkən ölüm riskini artırır.

Median.Az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.

Araşdırmalarda Çindən yaşı 30-79 arası olan 341 730 nəfər iştirak edib. Könüllülər arasında aparılan sorğu zamanı onların yemək hazırlayarkən hansı yanacaqdan istifadə etdiyi öyrənilib. Sonda həftədə azı bir dəfə kömürdə hazırlanmış qidadan istifadə edən və ürək-damar xəstəliyi olmayan şəxslər seçilib.

Ümumilikdə könüllülərdən 22,5 faizi 30 il müddətində yeməklərin hazırlanmasında bərk yanacaqdan istifadə edib. Onlardan 24,6 faizi 10-29 yaş arası insanlar, 53 faizi isə 10 yaşdan balaca uşaqlar olub. Araşdırmalar müddətində 8304 nəfər ürək-damar xəstəlikləri nəticəsində vəfat edib. Məlum olub ki, qidanın kömürdə hazırlanması ölüm riskini 3 faiz artırır.

Alimlər bildiriblər ki, yeməklərin hazırlanmasında elektrik və ya qazdan istifadə edilməsi ürək-damar xəstəlikləri riskini azaldır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 421 28.08.18 12:08