Mojo.az Banner
23:02 Magistraturaya qəbul imtahanı keçiriləcək  |     22:51 Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - VİDEO  |     22:44 Nazirlik hərbi hissələrdə odundan imtina edir  |     22:38 “Azərbaycan Nəşriyyatı” bağlandı  |     22:30 İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı  |     22:25 Hindistanda partlayış: 18 nəfər öldü  |     22:19 Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar  |     22:16 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır  |     22:07 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     21:57 Gəncədə QƏZA: xəsarət alanlar var  |     21:49 Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib  |     21:29 "Avroviziya"da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək  |     21:16 Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq  |     21:02 Hərbi Prokurorluqda yeni TƏYİNAT  |     20:45 DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi  |     20:33 Tramp: "İlham Əliyev və Paşinyan yaxşı liderlərdir"  |     20:27 Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?  |     20:24 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     20:06 Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü  |     20:01 Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı  |    
Left Banner
Right Banner

Smartfon batareyasının "düşməni" olan məşhur proqramlar hansılardır?

05.08.2024 12:33 2 007
Smartfon batareyasının
Hər gün onlarla mobil proqramdan istifadə edirik və onlardan bəziləri smartfonun batareyasını daha tez tükəndirir.

Median.Az
Qazeta.Ru-ya istinadən xəbər verir ki, Rusiyanın "Powerbank MTS Yurent" şirkətinin texniki direktoru İlya Kazakov hansı proqramların smartfon batareyası üçün arzuedilməz olduğunu açıqlayıb.

Ekspertin fikrincə, smartfonun batareyası müxtəlif səbəblərdən tez boşalır. Onlardan biri arxa planda işləyən çox "ağır" proqramlardır.

"Sosial şəbəkələr - onlar arxa fonda işləyir, trafik və enerjini audio və videoların səsləndirilməsinə sərf edir, bildirişlər göstərir, geolokasiyadan, mikrofondan, kameralardan istifadə edir və məlumat toplayır", - ekspert izah edib.

Digər resurs tutumlu proqramlar məşhur mesencerlər "Telegram" və "WhatsApp"dır. Onlar həmçinin arxa planda işləyir, söhbətləri və kanalları yeniləyir, məlumat toplayır və bildirişlər alırlar.

"Oyunların batareyanızı boş yerə sərf etməsi təəccüblü deyil - onlar prosessor və qrafik xidmətlərinə maksimum yüklənirlər. Belə oyunlara məşhur "Call of Duty Mobile" və "Fortnite" də daxildir", - deyə o əlavə edib.

Samrtfon nə qədər çox xidmətdən istifadə edərsə, bir o qədər çox batareya istehlak edər. Xəritələr və naviqatorlar da enerji tutumlu hesab olunurlar. Onlar həm GPS, həm də internet bağlantılarından istifadə edirlər.

"Bir çox insan "YouTube", "Twitch" və ya "Netflix"i açır və onlara praktiki olaraq arxa planda saatlarla baxır. Təbii ki, bu, akkumulyator üçün çox çətindir", - deyə mütəxəssis qeyd edib.скачать dle 11.3