Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

28.03.2024 12:07 3 387
D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?
Avstraliyanın Kvinslend Universitetindən dermatoloq Keti Li insan orqanizminə D vitamininin təbii şəkildə düzgün qəbulu barədə danışıb.

Dermatoloqun sözlərinə görə, isti yayda 09:00-15:00 aralığında yüngül geyimdə Günəş altında beş dəqiqə qalmaq orqanizmin bu maddəyə gündəlik tələbatını ödəməyə imkan verir. Qışda eyni miqdarda D vitamini istehsal etmək təxminən bir saat çəkə bilər. Həkim ultrabənövşəyi şüalanmanın da orqanizmdə D vitamini istehsal etməsi üçün zəruri olduğunu bildirib.

Li xəbərdarlıq edib ki, Günəş altında uzun müddət qalmaq bədənin D vitamini istehsalını mütləq şəkildə artırmır. Bununla belə, ultrabənövşəyi radiasiyaya məruz qalma dəri üçün həqiqətən zərərlidir. Dermatoloqun fikrincə, açıq rəngli dərisi olan insanlar kanserogen olan Günəş işığının yaratdığı DNT zədələnməsinə daha çox həssasdırlar.

Mənbə: Gazeta.ru

Son xəbərlər