Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

19.07.2021 23:46 3 084
Qarpız alarkən nələrə diqqət etmək lazımdır?
Təbii halda becərilən qarpız adətən iyul-avqust aylarında yetişir. Sort və hibridlərin yetişkənliyindən asılı olaraq bu müddət tezləşə də bilər, lakin bitkilərə kifayət qədər istilik və işıq çatmadığından iyul-avqust aylarında yetişənlərə nisbətən dadsız olur. Qarpız yay mövsümünün ən çox tələb olunan və satılan meyvəsi olduğundan onu alarkən diqqətli olmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Mənzər Məmmədova söyləyib.

O bildirib ki, qarpızda meyvə səthinin parlaq (mum təbəqəsiz), torpaqla təmas etdiyi yerin sarı ləkə şəklində olması onun ən yaxşı yetişmə əlaməti hesab edilir. Bu ləkə nə qədər sarımtıldırsa, qarpız da o qədər dadlı və şirin olur. Meyvə yetişdikdə naxışları aydın görünür, saplaq və onun yanındakı bığcıq quruyur, əllə vurduqda küt "küp" səsi, azacıq meyvəni sıxdıqda isə xışıltıya bənzər səs çıxarır. Bundan başqa, meyvə lətinin qırmızı, toxumlarının ağ, qəhvəyi rəngdə olması onun süni yetişdirilməsini göstərir. 8-10 kq-lıq meyvələr daha normal hesab edilir.

"Yadda saxlamaq lazımdır ki, meyvənin yetişməsini təyin etmək üçün sıxmaq və əllə bərk vurmaq olmaz. Çünki, o halda meyvə əzilir və onun yola davamlılıq və saxlanma qabiliyyəti azalır. Təcrübəli bostançılar meyvəyə baxmaqla onun yetişib-yetişmədiyini müəyyən edə bilir", - deyə mütəxəssis alıcıların diqqətinə çatdırıb.

M.Məmmədova deyir ki, hazırda qarpızdan zəhərlənmələr haqqında məlumatları eşidirik. Qarpızdan zəhərlənmələr adətən, bitkiləri düzgün aqrotexniki qaydada becərmədikdə, daha doğrusu, azotlu gübrələrdən daha çox istifadə etdikdə baş verir: "Nitratlı qarpızın özünəməxsus xarakterik xüsusiyyətləri var. Daha böyük ölçüyə malik olub, vurulduqda, bir rezin topun çilənməsinə bənzər səs çıxarır, ləti kəsilmiş yerdə parıldayır, lətə işıqda baxdıqda rəngi intensiv qırmızı olsa da, səthində bir az bənövşəyilik hiss olunur, damarlar ağ deyil, sarı rəngli olur. Fermerlər belə hesab edirlər ki, zəhərlənmələr heç də dərman və gübrələrlə çox da əlaqədar deyil. Çünki aparılan yoxlamalar, nəzarət qarpıza yerli-yersiz bu maddələrin verilməsinin qarşısını alıb. Amma zəhərlənmələr yenə də var və insanlar qarpızdan zəhərləndiklərini düşünürlər. Amma bu halların 99 faizi qida zəhərlənməsi ilə əlaqədardır. Başqa qida məhsullarında olduğu kimi, qarpız meyvələrinin təzə və köhnəliyi, saxlanma şəraiti də zəhərlənməyə səbəb ola bilər. İsti havada, qızmar günəş altında qalan qarpız meyvələrini yemək təhlükəlidir. Kəsilmiş qarpız açıq havada qaldıqda da zəhərlənmə riski artır".

Alıcıları qarpız alarkən diqqətli olmağa çağıran mütəxəssis zəhərlənmələr zamanı görülə biləcək ilkin tibbi yardım haqda da məlumat verib. Bildirib ki, zəhərlənmələr zamanı ilk növbədə mədə-bağırsaq sistemi yuyulmalıdır. Bunun üçün çoxlu miqdarda sodalı, yaxud marqanesli su içmək lazımdır. Əgər bunu etmək mümkün deyilsə, onda 10 kq bədən çəkisinə 1 həb olmaqla aktivləşdirilmiş kömürü əzib, onu 1 stəkan suya qataraq içmək məsləhətdir. Bu, toksinlərin qana keçməsinin, zəhərlənmənin qarşısını alır. Lakin əgər artıq zəhərlənmə güclüdürsə, həkimə müraciət etmək məsləhətdir.

Son xəbərlər