Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |     11:41 Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır  |    

Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ

Uşaqlar hazırda pandemiya ilə əlaqədar olaraq bağça və məktəbə gedə bilmirlər. Dərslər onlayn keçirilir. Uşaqlar günün çox hissəsini evdə keçirmək məcburiyyətində qalırlar. Məktəbdə, bağçada olan uşaqların bir-biri ilə sosial ortamı olurdu, həm fiziki, həm mənəvi olaraq dostları ilə oynayır, fikir bölüşür, yəni enerjilərini ata bilirdilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq-reanimatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib.

Həkim deyib ki, indi isə uşaqlar günün çox hissəsini kompüter qarşısında onlayn dərslər, ev tapşırıqları, uşaq oyunları ilə keçirirlər və enerjilərini ata bilmirlər. Bir sözlə, gün ərzində yığılan enerjini xərcləyə bilmirlər və nəticədə uşaqlarda az hərəkətlilik formalaşır: "Digər tərəfdən də evdə valideynlər pandemiya dövrüdür, uşaq yaxşı qidalansın, xəstələnməsin mövqeyindən çıxış edir və uşaqlarını həmişəkindən daha da artıq qidalandırmağa çalışaraq əlavə karbohidrat yükləyirlər.

Uşaqlar isə özləri şirniyyat, fast-food yeməklərə daha çox üstünlük verirlər. Beləliklə bütün bunlar uşaqlarda kökəlmə-çəki artımı şəklində özünü göstərir.

Eyni zamanda uşaqlar lazımi qədər havaya çıxarılmır, nəticədə ev şəraitində dar və az havalı otaqlarda qalma D vitamini əksikliyinə səbəb ola bilir. Bəzi valiyenlər "qış fəslidir, uşaq havaya normal çıxmır", deyib özlərindən uşağında D vitamini əksikliyi olmaması üçün müəyyən D vitaminləri alıb verirlər. Amma D vitamininin təyini mütləq həkim tərəfindən olmalıdır. Bunun üçün D vitamini səviyyəsi qanda ölçülüb nəticəyə əsasən lazımi korreksiya (müalicə və ya profilaktika) aparılmalıdır.

Valideynlərdən xahişimiz və gözləntimiz budur ki, müvəqqqəti pandemiya dövründə balalarımıza qarşı daha diqqətli olsunlar. Qidalanmada bol meyvə-tərəvəz, ət məhsulları, bol maye qəbuluna üstünlük versinlər. Hər gün balalarımızı açıq havaya insanlar az olan yerlərə - parklara aparsınlar və sağlamlıq durumunun kontrolu üçün mütəmadi həkim nəzarətində olsunlar. Balalarımız xəstələnməsin, sağlam böyüsün".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 632 09.01.21 22:54