Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |     11:41 Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır  |     11:39 Nigeriya ordusu 386 dinc sakini terroçulardan azad edib  |     11:38 "Crocus"da baş verən terror aktı ilə bağlı həbs olunan şəxslər məhkəməyə şikayət göndəriblər  |     11:36 Gəncədə 15 yaşlı oğlan bıçaqlandı  |     11:35 Bakıdakı yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb (VİDEO)  |     11:28 İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi  |     11:16 İranın vitse-prezidenti Rəisinin öldüyünü RƏSMƏN TƏSDİQLƏNDİ  |     22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |    

Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir

“Daoji Agriculture” şirkəti tərəfindən “ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən “ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir.

Median.Az
“ictnews”a istinadla xəbər verir ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk “5G” baza stansiyaları istifadəyə verilib.

2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri “China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı (“World Internet Conference”) keçirilir.
“SCMP” nəşrinə müsahibəsində “Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin “5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.

Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. “China Mobile” şirkətinin “5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. “5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.

Həmçinin istixanada “5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 476 29.10.19 23:59