Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək |
Mojo.az Avto
Mojo.az Avto

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabı çapdan çıxıb

20.06.2019 21:47 3 370
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabı çapdan çıxıb
Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.

Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.

Yeni nəşrə dövlətimizin başçısının Bakıda "Asiyanın qəlbi - İstanbul prosesi" çərçivəsində "Gücləndirilmiş "Asiyanın qəlbi" regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, "2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq "BakuTel-2017" Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Son xəbərlər