İlham Əliyevin Paşinyanla görüşdən sonra bəyanatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |     14:20 İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb  |     13:39 Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı  |     13:29 "BakuBus" Naxçıvana sərnişin daşıyacaq  |     13:17 İstanbuldan Bakıya gələn sərnişindən külli miqdarda narkotik götürülüb  |     13:03 “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək  |     12:55 Azneft-Bilgəh-hava limanı marşrutu üzrə 185 məlumat lövhəsi quraşdırılıb  |    

İlham Əliyevin Paşinyanla görüşdən sonra bəyanatı

Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Vyanada Ermənistanın baş naziri Nikol Paşinlyanla görüşdən sonra TASS agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub.

“Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”, - deyə İ.Əliyev qeyd edib.

Azərbaycan prezidentinin sözlərinə görə, danışıqlar prosesinə yeni təkan verilib:

“Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.

Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”, - deyə prezident İlham Əliyev vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 166 30.03.19 13:42