Mehriban Əliyeva evi əlindən alınan şəhid ailəsinə yeni mənzil verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |     14:20 İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb  |     13:39 Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı  |     13:29 "BakuBus" Naxçıvana sərnişin daşıyacaq  |     13:17 İstanbuldan Bakıya gələn sərnişindən külli miqdarda narkotik götürülüb  |     13:03 “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək  |     12:55 Azneft-Bilgəh-hava limanı marşrutu üzrə 185 məlumat lövhəsi quraşdırılıb  |    

Mehriban Əliyeva evi əlindən alınan şəhid ailəsinə yeni mənzil verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

Median.Az
Virtualaz.org-a istinadla xəbər verir ki, Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 701 29.03.19 14:40